Accessibility links

Məhəmməd Əmin Rəsulzadə təqaüdünün qalibləri elan edilib


Nyu Yorkda faəliyyət göstərən Azərbaycanlı Amerikalılar Konqresi qeyri-hökumət təşkilatının elan etdiyi Məhəmməd Əmin Rəsulzadə adına təqaüd proqramının qaliblərinin adları açıqlanıb. Təqaüd proqramı ABŞ universitetlərində təhsil alan azərbaycanlılar üçün nəzərdə tutulub. Konqresin təsisçisi Emil İsmayıl Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə təqaüdçülərin seçilməsi, təşkilatın fəaliyyəti və əsas məqsədlərindən danışıb.

Amerikalı Azərbaycanlılar Konqresi bu ilin yanvar ayında Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gün yanvar ayında təsis edildikdən sonra ABŞ-da Rəsulzadə adına ilk tələbə təqaüdü proqramı elan edilib.

Emil İsmayıl Rəsulzadə təqaüdünün 4 nəfər qalibi olduğunu deyib. "Onlar ABŞ-da yaşayan, Amerika universitetlərində təhsil alan azərbaycanlı tələbələrdir, Onlardan biri oğlan, üçü qızdır. Təqaüd bir semestr, payız semestri üçün nəzərdə tutulub."

"Rəsulzadə ideyaları demokratiya, insan hüquqları, azadlıq ideyalarıdır və biz bu tələbələrdən Rəsulzadə ideyalarının daşıyıcıları olmasını istəyirik. Əsas gözləntilərimiz budur"-Emil İsmayıl

Emil İsmayıl deyib ki, təqaüdün sponsorları ianələr vermiş ayrı-ayrı şəxslərdir. O, maliyyə vəsaitinin internetdə ianələr, ya da maliyyə toplanılması üçün keçirilən kampaniyalar vasitəsilə əldə edildiyini bildirib.

"Əsas məqsədimiz tələbələrə yardım etməkdir. Həm də Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsidir və düşünürəm ki, biz buna nail olduq."

Emil İsmayıl təqaüd proqramının gələn il də davam etdiriləcəyini deyib. Onun sözlərinə görə, təqaüd proqramının qaliblərinin seçilməsində əsas kriteriyalar kimi tələbələrin yüksək təhsil göstəriciləri ilə yanaşı, Məhəmməd Əmin Rəsulzadə ideyalarının daşıyıcısı olması götürülür. "Seçdiyimiz bu dörd tələbə universitetdə yaxşı oxuyurlar, yaxşı qiymətlər alıblar. Qaliblərdən biri Müşviq Əlili Harvardda, Dünya Bankında bir neçə konfransda iştirak edib və hazırda Vaşinqtonda praktika keçir, həm də Corc Meyson universitetində təhsil alır. Digər üç tələbə də yüksək nailiyyətlər əldə edir."

"Əsas məqsədimiz tələbələrə yardım etməkdir. Həm də Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsidir və düşünürəm ki, biz buna nail olduq."

Emil İsmayıl Rəsulzadə təqaüd proqramına müraciət edən təxminən 100 tələbənin hamısının yaxşı göstəricilərə malik olduğunu deyib. "Tələbələrdən əsas gözləntimiz onların Rəsulzadə ideyalarının daşıyıcıları olmasıdır. Rəsulzadə ideyaları demokratiya, insan hüquqları, azadlıq ideyalarıdır və biz bu tələbələrdən Rəsuzadə ideyalarının daşıyıcıları olmasını istəyirik. Əsas gözləntilərimiz budur."

XS
SM
MD
LG