Accessibility links

Məhəmməd Rza Ləvayi: “Kiçik qara balıq” Güney Azərbaycan dirəniş ədəbiyyatının simvoludur [Audio]


Məhəmməd Rza Ləvayi
Məhəmməd Rza Ləvayi

Məhəmməd Rza Ləvayi Amerikanın Səsinə güneyin müqavimət ədəbiyyatı haqda danışır

“Güneyin dirəniş ədəbiyyatı, bu şəkli ilə, Türkiyə ya Quzey Azərbaycanda yoxdur. Bu, sömürgə altında yaşayan xalqlarda olur,” deyə güneyli şair və yazar Məhəmməd Rza Ləvayi Amerikanın Səsi ilə söhbətdə güneyə məxsus siyasi şərtlərə müvafiq olaraq yaranan müqavimət ədəbiyyatını təsvir edir. Hazırda ABŞ-da mühacirətdə yaşayan yazar İran Azərbaycanında formalaşan “dirəniş ədəbiyatı”nın xüsusiyyətlərini anlatmaqla yanaşı “ədəbiyyatın dirənişi” olaraq adlandırdığı bir prosesdən bəhs edir.

Məhəmməd Rza Ləvayi güneyin müqavimət ədəbiyyatı haqda danışır
please wait

No media source currently available

0:00 0:13:55 0:00

“Güney Azərbaycanda türk ədəbiyyatı özünü hakim ədəbiyyatın basqısı qarşısında da qorumağa çalışır...” deyə o, “ədəbi dirənişi” izah edir.

Bunlar hamısı türk ədəbiyyatıdır. Buna görə, güney ədəbiyyatı həm Türkiyə həm də Azərbaycandan çox şeylər alır... Sadəcə dil deyil, düşüncə də alır.
Məhəmməd Rza Ləvayi

“Teror və Azadlıq”, “Balıqlar” və “Sonra ürəyimi onlara verdim” kimi kitabların yazarı müstəqil bir ədəbiyyatın ortaya çıxma prosesini müstəqil bir siyasi coğrafiyanın yaranması prosesi ilə müqayisə edir.

Ləvayinin fikrincə, “güneydə yaranmaqda olan dirəniş ədəbiyyatı kənara atılmışlıq və sual sorma özəlliyi ilə Türkiyə və Azərbaycan Respublikasında inkişaf edən ədəbiyyatdan fərqlənir.”

“Kimliyi inkar edilən, şiddət və assimilyasiyaya məruz qalan Güney Azərbaycan ədəbiyyatçısı özünü ədəbiyyatında qorumağa çalışır. Ədəbiyyatını həm dil həm də fəza baxımından qorumaq üçün cəhd edir... Həm quzey həm də Türkiyə ədəbiyyatına yanaşır ama ikisindən də fərqlidir,” deyə o qeyd edir.

Ləvayi eyni zamanda güneydəki müqavimət ədəbiyyatının Azərbaycan Respublikası və Türkiyədən aldığı təsirin də önəmli olduğunu deyir:

Kimliyi inkar edilən, şiddət və assimilyasiyaya məruz qalan Güney Azərbaycan ədəbiyyatçısı özünü ədəbiyyatında qorumağa çalışır. Ədəbiyyatını həm dil həm də fəza baxımından qorumaq üçün cəhd edir.
Məhəmməd Rza Ləvayi

“Bunlar hamısı türk ədəbiyyatıdır. Buna görə, güney ədəbiyyatı həm Türkiyə həm də Azərbaycandan çox şeylər alır... Sadəcə dil deyil, düşüncə də alır.”

Məhəmməd Rza Ləvayi dünya şöhrətli güneyli yazar Səməd Behrənginin məşhur “Kiçik qara balıq” əsərinin qəhrəmanını güneydəki müqavimət ədəbiyyatının simbolu olaraq gördüyünü ifadə edir.

“Qara balıq dirənir və bütün düşmənlərini, balıq tutan quşları, içəridən məhv edir... Xəncəri ilə onların qarnını içəridən söküb qurtuluşa çatır. Yəni tam bir içsəl dirəniş,” deyə Ləvayi Behrənginin fars dilində qələmə aldığı əsərin qəhrəmanını vəsf edir.

Sabiq siyasi məhbus habelə güneydəki ədəbiyyatın “xatirə anlatmaq” və “keçmişə qayıdış” kimi xüsusiyyətləri, habelə kimlik unsuruna verdiyi önəmi şərh edir.

O, güney ədəbiyyatınının bəzi xüsusiyyətlərində Latın Amerikası ədəbiyyatı ilə oxşarlıqlar görür.

XS
SM
MD
LG