Accessibility links

Məhəmməd Xatəmi Həsən Rohaniyə dəstəyini bildirib



İranın keçmiş prezidenti Məhəmməd Xatəmi cümə günü keçiriləcək prezident seçkilərində mötədil namizəd Həsən Rohaniyə dəstək verdiyini deyib.

Xatəmi dəstəyini islahat tərəfdarı namizəd hesab edilən Məhəmməd Reza Arefin seçki marafonundan çıxmasını elan etməsindən sonra bildirib. Məhəmməd Resa Aref keçmiş prezidentdən onun yarışlarda qalmasının ağıllı addım olmadığı deyilən məktub aldıqdan sonra namizədliyini geri götürdüyünü bildirib.

İslahatçılar öz tərəfdarlarını prezident seçki marafonunda yeganə ruhani olan Həsən Rohaniyə dəstək verməyə çağırır.

Məhəmməd Reza Aref bu həftə namizədliyini geri götürən ikinci namizəddir Bazar ertəsi gfünü mühafizəkar namizəd Qulam Əli Həddad Adel seçki marafonundan çıxdığını elan etmişdi.

Prezident seçkiləri iyunun 14-də keçiriləcək. İranın Nəzarət Şurası əsas etibarilə ali dini rəhbər Ayətullah Əli Xameneyə yaxın olan ultra-mühafizəkar siyasətçilərin namizədliyini təsdiq edib. Namizədlərin hamısı yaşı 50-dən yuxarı olan kişi siyasətçidir.
XS
SM
MD
LG