Accessibility links

Məhəmməd Talıblı: “Böhranlı şəraitdə tariflər artırılmır, azaldılır”


İqtisadçı alim Məhəmməd Talıblı qaz, elektrik enerjisi, reaktiv mühərrik yanacağı, soba mazutunun qiymətinin qaldırılması ilə bağlı Facebook səhifəsində məqalə ilə çıxış edib.

Tarif Şurasının qiymət artımının sadə izahı

Tarif Şurasının (TŞ) özünün izahatında mürəkkəb üslub özünü göstərir. Sadə formada təsəvvür etməmiz üçün situasiyanı aydınlaşdırmağa ehtiyac var. “Azəriqaz”ın təklif etdiyi illik istehlak sərfi 1500 kubmetr olan vətəndaşlar üçün hər kubmetri 10 qəpik səviyyəsində saxlanılıb. İllik 1500 kubmetrdən artıq olan istifadəçilər üçün isə bu rəqəm 20 qəpik səviyyəsində təyin edilib. Böyük ehtimalla bu limiti əksər vətəndaşlar aşacaq. Çünki, əgər qışda 3 ay ərzində kombiniz işləsə, bu elə 1500 kubmetri keçəcək. Manatla hesablasaq, cəmi 150 manatlıq qaz sərfiyyatından gedir. Bu limiti aşandan sonra isə hər kubmetri üçün 20 qəpikdən hesablanacaq. Bunun sayğac sistemində hesablanmasında mübahisələr istisna olunmur.

Bu məntiqlə suyun, metropolitendə gediş haqlarının, təyyarə ilə uçuş qiymətlərinin, dəmiryolunda tariflərin də yüksələcəyi gözləniləndir. Çünki, təbii inhisarçı şirkətlərin qiymət artımları zəncirvari reaksiya prinsipinə görə müəyyənləşir

Elektrik enerjisi üzrə isə aylıq sərfiyyatı 250 kvt olan əhali qrupları üçün hər kilovatı üçün 7 qəpik, ondan artıq istehlakçı üçünsə 11 qəpiklə hesablanacaq. Əgər 250 kilovat yox, 260 kilovat istehlak olunsa, 10 kilovat 11 qəpiklə hesablanacaq. Vəziyyətimiz belə olacaq. Bu artımlardan sonra digər təbii inhisarçı şirkətlər TŞ-a müraciət edərək onların da tariflərinin artırılmasını istəyəcəklər. Səbəb? Deyək ki, su təminatını həyata keçirən “AzərSu” müraciətində göstərəcək ki, suyun çatdırılması zamanı enerjidən istifadə zamanı xərclərimiz artıb. Çünki, “Azərişıq” qeyri-əhali kateqoriyasına daxil olduğu üçün (7+4 artımla)11 qəpiklə elektrik enerjisini bizə satdığını əsas gətirib qiymətləri artırıb. Onların qiymət artımına uyğun olaraq biz gəlir və xərclərimizi optimallaşdıra bilmirik. Bütün şirkətlərdə analoji müraciətlər qiymət artımı üçün əsas olacaq. Sonradan buna özəl sektor qarışacaq. İqtisadiyyatın özündə bir bahalaşma tednesiyası güclənəcək. Deməli, bu məntiqlə suyun, metropolitendə gediş haqlarının, təyyarə ilə uçuş qiymətlərinin, dəmiryolunda tariflərin də yüksələcəyi gözləniləndir. Çünki, təbii inhisarçı şirkətlərin qiymət artımları zəncirvari reaksiya prinsipinə görə müəyyənləşir. Deməli, TŞ-nın bu addımı son qiymət artımı olmayacaq.

Əhalinin istehlak xərcləri artacaq

Bu addım vətəndaşların kommunal ödənişlər üzrə xərclərini artıracaq və buna uyğun olaraq istehlak bazarında da qiymət artımlarına gətirib çıxaracaq. Bu isə hər bir vətəndaşın aylıq büdcəsində sırf yaşam üçün nəzərdə tutulan xərclərinin xüsusi çəkisinin artmasına gətirib çıxaracaq. Onsuzda ölkədə ortalama olaraq vətəndaşlarımız aylıq gəlirlərinin 72,3 faizini yalnız ərzaq məhsullarına sərf edirdi.

Ölkədə ortalama olaraq vətəndaşlarımız aylıq gəlirlərinin 72,3 faizini yalnız ərzaq məhsullarına sərf edirdi. Bura artan kommunal xərcləri də əlavə etsək, onda təkcə bio-fizioloji ehtiyaclarının təmin edilməsinə bütün xərcləri ancaq ki, yetəcək.

Bura artan kommunal xərcləri də əlavə etsək, onda təkcə bio-fizioloji ehtiyaclarının təmin edilməsinə bütün xərcləri ancaq ki, yetəcək. Bu yoxsulluq dərinliyinə yuvarlanan sosial qrupların əhatəsini genişləndirəcək.

Regionun liderliyi necə oldu?

Azərbaycanın özü neftlə bərabər səmt qazını da çıxarır və “Əsrin kontraktı” şərtlərinə görə onu Azərbaycan tərəfi bir qəpik ödəmədən alır. (2,5 milyard kubmetr). Olkədə isə əhalinin illik qaz tələbatı 2,8 milyard kubmetrdir. Heç bir ödəniş etmədən alınan qazı öz vətəndaşımıza yüksəldilən qiymətlərlə satırıq. Amma Ermənistan isə təbii qazla bağlı 5 faiz (21 sent) endirim edib. O zaman bizim neft və qazla zəngin ölkə olmağın hansı üstünlüyü oldu?

Azərbaycanın özü neftlə bərabər səmt qazını da çıxarır və “Əsrin kontraktı” şərtlərinə görə onu Azərbaycan tərəfi bir qəpik ödəmədən alır. (2,5 milyard kubmetr). Olkədə isə əhalinin illik qaz tələbatı 2,8 milyard kubmetrdir. Heç bir ödəniş etmədən alınan qazı öz vətəndaşımıza yüksəldilən qiymətlərlə satırıq.

İnflyasiyanın ceyran sürəti və gəlirlərin tısbağa yerişi
TŞ-nın son qərarını bir sahədə baş verəcək qiymət artımı kimi xarakteriza etmək doğru olmaz. Çünki, bu özü ilə bərabər inflyasiya “qatarını” da ümumi platformaya gətirəcək. İstehlak mallarının qiymətləri artması fonunda dövlət büdcəsindən faydalananlar üçün əslində effektiv sosial siyasət həyata keçirilməlidir. Əks halda onların gəlirlərinin sürəti inflyasiyanın ümumi tempindən geridə qalacaq.


Dövlət büdcəsnin “yamağın” necə tutmalı?

2017-ci ilin dövlət büdcə parametrləri asanlıqla növbəti ilin büdcə gözləntilərinin necə oxunmasının bizə müjdəsini verir. Növbəti ilin dövlət büdcəsində Neft Fondundan transfertlər azalır. Qeyri-neft sektrorundan məcburi qaydada daxilolmaları artırmaq üçün tədbirlər görüləcək. Xüsusilə vergi ödəyicilərinin vergi yüklərinin və vətəndaşlardan müxtəlif cür maliyyə cərimələrinin(sanksiyaların) artıırlması görüləcək əsas tədbirlər kimi nəzərdə tutulur. Iri (təbii inhisarçı şirkətlər) vergi ödəyicilərinin dövlət büdcəsinə daha çox ödəmələr etməsi üçün onun vətəndaşlara satdıqları mal və göstərdikləri xidmətlərin tariflərini yüksəltməklə onu vətəndaşlar hesabına təmin etmək yolun tutdular. Bu əlavə olaraq sosial gərginliyi artıran amilə çevriləcək.

Antiböhranlı idarəetmənin absurdu

Olkədə böhranın əksər sahələri “vurduğu” ğöz önündədir. Antiböhran addımları kimi yeni strukturlar yaradılır. Halbuki, bu vəziyyətdə iqtisadiyyatı pulla təmin etmək üçün sahibkarlar ordusu üçün əlverişli investisiya iqliminin yaradılması daha vacibdir.

İqtisadiyyatın mühərriki olan sahibkarlar üçün əlverişli şərait yaradaraq onların vergi ödəmək imkanlarını artırmaq əvəzinə, onların istehsal etdikləri mal və xidmətlərin qiymətlərinin artımını şərtləndirən baza qiymətlərində (kommunal ödənişlər) artımlar edilir.

İqtisadiyyatın mühərriki olan sahibkarlar üçün əlverişli şərait yaradaraq onların vergi ödəmək imkanlarını artırmaq əvəzinə, onların istehsal etdikləri mal və xidmətlərin qiymətlərinin artımını şərtləndirən baza qiymətlərində (kommunal ödənişlər) artımlar edilir. Cənablar, antiböhran elementləri sırasında dövlətin nəzarətində olan mal və xidmətlərdə tariflər artırılmır, azaldılır. Siz əksini edirsiniz! Əslində bu addım iqtisadiyyatın bahalaşması üçün ciddi plastarm formalaşdırır. Bu zaman özəl sektorun istehsal etdikləri malların qiymətləri artacaq ki, bu da onun satış həcminin azalması ilə müşahidə olunacaq. Çünki, bu əhali gəlirlərinin artmaması fonunda qiymət artımına gedilir. Digər tərəfdən isə həm də dövlət büdcəsinə əlavə olaraq vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq. Ola bilsin ki, istehlakçılar hesabına qiymət artımından təbii inhisarçı şirkətlər qazanacaq, amma onların satdıqları mal və xidmətləri alan sahibkarlıq subyektləri (qeyri-əhali qrupları) isə özlərinin istehsal etdikləri məhsulların bazarda azalan azsaylı müştəriləri ilə rastlaşacaq. Bu, iqtisadiyyatın hərarətlənməsini xeyli aşağı salacaq.

Show comments

XS
SM
MD
LG