Accessibility links

Məhkəmə müxalifət fəallarının şikayətlərini təmin etməyib


Müxalif gənclərin etiraz aksiyası

Müxalif gənclərin etiraz aksiyası

Müxalifət fəalları oktyabrın 20-də parlamentin buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında iştiraka görə inzibati qaydada həbs edilib

Oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsi oktyabrın 20-də Fəvvarələr Meydanında etiraz aksiyası zamanı saxlanılmış 12 gənc fəalın inzibati həbs cəzası ilə bağlı apelyasiya şikayətlərinə baxıb.

Vəkil Əsabəli Mustafayev bildirib ki, məhkəmə heç bir şikayəti təmin etməyib.

Maraqlıdır ki, şikayətə baxılarkən 8 fəal artıq cəzasını çəkib, azadlığa çıxmışdı. Daha bir nəfər bu gün, üç nəfər isə sabah azadlığa çıxmalıdır. Apelyasiya şikayətinə baxılması Qurban bayramı ilə əlaqədar istirahət günləri bəhanəsi ilə uzadılıb.

Müdafiə tərəfi bu arqumenti əsassız sayır, belə ki, məhkəmələrdə qeyri-iş günlərində növbətçi hakimlər olur.

“Məhbuslar üçün şikayətlərin təmin edilməsi mənəvi əhəmiyyət daşıyar, onlara qarşı yol verilən ədalətsizliyin etirafı olardı.
Sabah daha bir fəalın – Müsavat Partiyasının üzvü Şahin Mirzəyevin şikayətinə baxılacaq. O da artıq azadlıqdadır”, vəkil qeyd edib.
XS
SM
MD
LG