Accessibility links

İlqar Məmmədovun kassasiya şikayəti təxirə salındı [Video]


Məhkəməyə gəlmiş müxalifət nümayəndələri Amerikanın Səsinə danışır

Yanvarın 13-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanın həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə prosesdə İlqar Məmmədov və Tofiq Yaqublu iştirak etməyiblər.

Hakim deyib ki, onların prosesdə iştirakı barədə məhkəməyə hər hansı vəsatət təqdim olunmayıb.

İlqar Məmmədovun məhkəməsi

İlqar Məmmədovun məhkəməsi

Vəkillər Nemət Kərimli və Fuad Ağayev çıxış edərək, müdafiə etdikləri şəxslər barəsində cinayət işinə xitam verilməsini, hökm və qərarların ləğv olunmasını məhkəmədən xahiş ediblər.

Hakim isə deyib ki, cinayət işi ilə bağlı əlavə faktları öyrənmək və işlə ətrafı tanış olmaq üçün vaxt lazımdır.

Ona görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Öz növbəsində Fuad Ağayev müsahibəsində bildirib ki, İlqar Məmmədovun işində aydın olmayan heç bir şey yoxdur.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. REAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyansıın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

2014-cü ilin iyunun Şəki Apellyasiya Məhkəməsi Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Amnesty İnternational İlqar Məmmədovu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG