Accessibility links

“Nardaran işi” məhkəməsində “İstefa!” və “Azadlıq!” şüarları səslənib [Vəkil Yalçın İmanovla müsahibə]


Taleh Bağırov

Taleh Bağırov

Hakim təqsirləndirilən Abbas Hüseynovu prosesdən kənarlaşdırıb

Sentyabrın 23-də “Nardaran işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər “İstefa!” və “Azadlıq!” şüarları səsləndirib. Onlar hakimin təqsirləndirilən şəxslərdən Abbas Hüseynovu məhkəmə prosesindən kənarlaşdırmasına etiraz edib.

2015-ci il noyabrın 26-da polis Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla 6 nəfər ölüb. Həmin gün “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib.

Bunlardan Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrıca aparılır. Onlar qətldə, bir çox digər ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilənlər bu ittihamları qəbul etmir, işgəncə altında onlardan ifadə alındığını bildirir.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, sentyabrın 22-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşının hicablı qadınlarla bağlı dediyi təhqiramiz ifadə etiraza səbəb olub. Bu etirazdan sonra hakim Abbas Hüseynovun prosesdən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Sentyabrın 23-də keçirilən məhkəmə iclasında proesesə sədrlik edən hakim Əlövsət Abbasov vəkillərin A.Hüseynovun iştirakının təmin edilməsi barədə vəsatətini təmin etməyib.

Bu zaman təqsirləndirilən, "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırov hakimə sual verib: - “26 sentyabr referendumundan sonra İlham Əliyev kral olacaq, yoxsa şah?”

Ardınca təqsirləndirilən şəxslər “Azadlıq!”, “İstefa!” şüarları səsləndirib.

Bu zaman hakimlər vəkillərdən Vəkillər Kollegiyasına şikayət olunacağını bildirib və məhkəmə prosesini sentyabrın 28-nədək təxirə salıb.

XS
SM
MD
LG