Accessibility links

Türkiyə məhkəməsi Azərbaycan hüquq müdafiəçisinin iddiasını təmin edib


Hüquqşunas İntiqam Əliyev saxlanılarkən

Hüquqşunas İntiqam Əliyev saxlanılarkən

Məhkəmə İntiqam Əliyevin saxlanılmasının, ona qarşı zorakılıq tətbiq edilməsinin əsassız olduğu barədə qərar qəbul edib

Hüquq müdafiəçisi İntiqam Əliyev Türkiyə məhkəməsində həqiqətə nail olub, məhkəmə 2011-ci il dekabrın 7-də İstanbulun “Atatürk” hava limanında onu qanunsuz həbs etmiş polisə qarşı iddiasını təmin edib.

Türkiyənin radical.com.tr saytının məlumatına görə, məhkəmə Əliyevin saxlanılmasının, ona qarşı zorakılıq tətbiq edilməsinin və 1 il müddətinə Türkiyəyə daxil olmasının qadağan edilməsinin əsassız olduğu barədə qərar qəbul edib.

Məhkəmə ona mənəvi təzminat olaraq 7,5 min lirə və maddi təzminat olaraq 600 lirə ödənilməsinə qərar verib.

Xatırladaq ki, insidentin səbəbi Əliyevin pasportunu əlindən alan polisin nəzakətsiz davranışı olub. Sənədlə hörmətlə davranmaq iradına cavabda polis kobudluq edib, daha sonra isə Əliyevi həbs edib.

Hüquq müdafiəçisinin özbaşınalığa son qoymaq tələbinə cavab olaraq ona qarşı Türkiyə Cinayət Məcəlləsinin 106.1, 125.3a və 265.1-ci maddələri ilə (məmuru hədələmə, təhqir etmə və səlahiyyətlərini pozma) cinayət işi açılıb.

İ.Əliyevin vəkili cavab iddiası verib və işi qazanmağa müvəffəq olub.

Hüquq müdafiəçisinin özündən şərh almaq mümkün olmayıb.
XS
SM
MD
LG