Accessibility links

Təbriz İnqilab Məhkəməsinin hakimi Avropa Birliyinin sanksiyaları ilə üzləşən 9 iranlı arasındadır


Azərbaycan fəalları arasında siyası məhbuslara qarşı ağır hökmlər və onların uzun müddət işgəncələrlə nəzarət altında saxlanmalarında İran Təhlükəsizlik Nazirliyinin əlbiri kimi tanınan Təbriz İnqilab Məhkəməsinin hakimi Rəhim Həmlbər Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi yeni sanksiya siyahısında yer alan 9 iranlı arasındadır.
Azərbaycan saytları İranda yaşayan Azərbaycan türklərinə qarşı basqılar və təzyiqlər üzündən müəyyən bir iranlının Avropa Birliyi səviyyəsində bir orqan tərəfindən cəzalandırılmasını önəmli bir hadisə kimi qiymətləndirir.
Avropa Birliyinin İrandakı vəziyyəti nəzərə alaraq, müəyyən şəxs, müəssisə və orqanlara qarşı məhdudlaşdırıcı tədbirlər ilə bağlı qanununun həyata keçirilməsi istiqamətində martın 12-də yaydığı bəyanatında hakim Rəhim Həmlbər aşağıdakı kimi təqdim edilib:

Təbriz İnqilab Məhkəmsi 1-ci şöbəsinin hakimi, jurnalistlər, Azərbaycan fəalları və işçi fəallarını “casusluq”, “milli təhlükəsizliyə qarşı fəaliyyət”, “İran rejiminə qarşı təbliğat” və “İran rəhbərini alçaltmaq” kimi ittihamlarla günahlandıraraq onlara verilən ağır hökümlərin məsulu, bir çox hallarda qərarlarında məhkəmə prosesinin izlənilməməsi və məhbusların saxta etiraflara məcbur edilməsi bildirilib. O, zəlzələ bölgəsinə gedən 20 könüllü fəalla zəlzələ qurbanlarına kömək etdikləri üçün həbs hökmü verib. Məhkəmə bu fəalları “Milli təhükəsizliyə qarşı fəaliyyət üçün toplaşmaq və əməkdaşlıq”da günahlandırıb.”

Siyahıda əhvazlı ərəb fəallara edam hökmü verən iki hakim-Seyyid Məhəmməd Bağır Musəvi və Murtəza Kiyasətinin də adı qeyd edilib.

“Təbrizdə tutulan milli fəalların əksəriyyəti, o cümlədən Urmiyə Gölünün qurudulması ilə bağlı etirazlarda həbs edilənlər, habelə indi mühakimə prosesində olan məhbusların bir çoxu hakim Həmlbər tərəfindən mühakimə edilir. O, məhbusların ailələri ilə görüşməyib, vəkillə təmin edilmədən uzun müddət ETTELAAT həbsxanalarında işgəncə verilərək sorgu-suala çəkilmələrinə şərait yaradaraq Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir,”- deyə Azərbaycan veb səhifələri yazır.

2011-ci ilin oktyabrında “Bir qrup Azərbaycan Milli Hərəkatı fəalları” tərəfindən yayılan bəyanatda beynəlxalq ictimaiyyətdən hakim Həmlbərə qarşı məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi istənilmişdi. Bəyanatla birlikdə hakimin 20-ə yaxın milli fəala qarşı çıxardığı hökmlər də yayılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG