Accessibility links

Jurnalist Xədicə İsmayılovanın işinə xitam verilmədi


Xədicə İsmayılova

Xədicə İsmayılova

Sentyabrın 24-də Binəqədi Rayon Məhkəməsində hakim Elnur Rəhimov araşdırmaçı jurnalist Xədicə İsmayılova ilə bağlı işə xitam verilməsi barədə icra məmurunun teqdimatını təmin etməyib.

Bu barədə Amerikanın Səsinə araşdırmaçı jurnalistin vəkili Anar Qasımlı bildirib.

Onun sözlərinə görə təqtimatın təmin olunmamasının səbəbləri qərarın surətini aldıqdan sonra bəlli olacaq.

Vəkil qeyd edib ki, Xədicə İsmayılova istəsə məhkəmənin qərarından 10 gün müddətinə şikayət verə bilər.

Bununla belə vəkil jurnalistin gələcəkdə həbs olunması təhlükəsinin də sovuşmadığını qeyd edib.

Xədicə İsmayılova yanvarın 26-da Bakıda İsmayıllı hadisələrinə dəstək aksiyasında iştirak etdiyinə görə 400 manat məbləğində cərimə edilib.

Lakin o, cəriməni ödəməkdən imtina edib. Məhkəmə icraçılarının iddiasına əsasən, iyunun 10-da Binəqədi rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılova barəsində 220 saatlıq icbari əməklə məşğul olmaq barədə qərar qəbul edilib.
XS
SM
MD
LG