Accessibility links

Apellyasiya məhkəməsi AXCP lideri Əli Kərimlinin oğlunu həbsdə saxlayıb


AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli
AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli

AXCP sədri Əli Kərimli oğlu Türkel Kərimlinin həbsini həm də özünə qarşı təxribat, qisas kimi qiymətləndirir

Sentyabrın 30-da Bakı Apellyasiya Məhkəməsində AXCP rəhbəri Əli Kərimlinin oğlu Türkel Kərimli və onunla birgə saxlanılan iki nəfərin apellyasiya şikyəti təmin edilməyib.

Bu barədə Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin onlar barəsində çıxardığı inzibati həbs qərarının ləğv olunması və gənclərin azadlığa buraxılması göstərilib. Lakin hakim qərarı qüvvədə saxlayıb.

Gənclər sentyabrın 22-də müxalif Milli Şuranın Bakıda keçirdiyi mitinqdən sonra tutulublar. Sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi Coşqun Salahovu 30, Türkel Kərimlini 25, Ülvi Nuriyevi 25 sutka müddətinə azadlıqdan mərhum edib. Onlar İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə tabe olmamaq) ilə təqsirli biliniblər.

Polis gənclərin prezidentliyə namizədlərin təbliğat plakatlarını cırarkən saxlandığını bildirir

AXCP sədri Əli Kərimli oğlu Türkel Kərimlinin həbsini həm də özünə qarşı təxribat, qisas kimi qiymətləndirir.
XS
SM
MD
LG