Accessibility links

Konstitusiya Məhkəməsi oktyabrın 19-da prezident seçkilərinin nəticələrini müzakirəyə çıxaracaq


Konstitusiya Məhkəməsi oktyabrın 19-da prezident seçkilərinin nəticələrini müzakirəyə çıxaracaq
Konstitusiya Məhkəməsi oktyabrın 19-da prezident seçkilərinin nəticələrini müzakirəyə çıxaracaq
Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinin yekunu barədə Mərkəzi Seçki Komissiyasınınprotokolunun təsdiq olunması məsələsinə oktyabrın 19-də Konstitusiya Məhkəməsində baxılacaq.

Bu barədə Konstitusiya Məhkəməsindən Amerikanın Səsinə məlumat veriblər.

Mərkəzi Seçki Komissiyası (MSK) dünənki iclasında oktyabrın 9-da keçirilmiş prezident seçkilərinə yekun vurub.

Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb.

Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb.

Oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayıb.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,53% (204 642 səs)
İqbal Ağazadə - 2,40% (88 723 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 702 səs)
Zahid Oruc - 1,46% (53 839 səs)
İlyas İsmayılov - 1,07% (39 722 səs)
Araz Əlizadə - 0,87% (32 069 səs)
Fərəc Quliyev - 0,86% (31 926 səs)
Hafiz Hacıyev - 0,66% (24 461 səs)
Sərdar Məmmədov - 0,61% (22 773 səs)

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG