Accessibility links

İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunmayıb [Video]


İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin məhkəməsi yenidən təxirə salınıb
please wait

No media source currently available

0:00 0:03:13 0:00

İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin məhkəməsi yenidən təxirə salınıb

Təqsirləndirilən şəxslərin yaxınları ittihamları qəbul etmir.Proses noyabrın 18-nə təyin olunub.

İsmayıllı hadisələrinə görə təqsirləndirilən Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu, REAL-ın sədri İlqar Məmmədovun və digərlərin məhkəmə prosesi davam etdirilib.
Proses bir saat gec başlayıb.

Günün ikinci yarısında davam edən prosesdə hakim vəkillərin verdiyi vəsatətləri təmin etməyib.Bundan sonra məhkəmə baxışı noyabrın 18-nə təyin olunub.
------------------------------
Noyabrın 5-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə 23-24 yanvarda İsmayıllıda baş verən hadisələrlə bağlı məhkəmə prosesinin hazırlıq iclası yenidən təxirə salınıb.

Təqsirləndirilənlərin valideynlərinin Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmənin bu gün saat 16.00-dək təxirə salınmasının səbəbi hakimlərin prosesə gəlməməsi olub.

Noyabrın 4-də keçirilən hazırlıq iclasından fərqli olaraq təqsirləndirilən şəxslərin yaxınları prosesi izləmək üçün məhkəmə zalına buraxılıb.

Yanvarın 23-24-də İsmayıllı şəhərində “Çıraq” otelinin menecerinin xuliqanlığı və icra hakiminin qohumunun iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi, sonradan qarşıdurmaya çevrilib. Bir qrup sakin oteli və otelin həyətindəki xarici markalı maşınları yandırıb.

Növbəti gün yerli sakinlər rayon icra hakimiyyəti başçısının istefası tələbi ilə etiraz aksiyasına başlayıb. Daha sonra aksiyalar təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu yanvarın 24-də iğtişaşlar yatırıldıqdan sonra vəziyyətlə tanış olmaq üçün İsmayıllıya gedib.

Daha sonra onlar həbs ediliblər və 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (güc tətbiq etməklə polisə müqavimət göstərmə) maddələrlə ittiham olunublar.

Beynəlxalq ictimaiyyət Məmmədovu və Yaqublunu vicdan məhbusu kimi tanıyıb və dəfələrlə onların dərhal azad edilməsini tələb edib. Hakimiyyət bütün bu çağırışlara məhəl qoymayıb. Məmmədov və Yaqublu ilə yanaşı daha 16 nəfər məhkəmə qarşısına çıxarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG