Accessibility links

Ali Məhkəmə jurnalist Əvəz Zeynallının cəriməsini 25 min mantdan 7 min manata endirib


Əvəz Zeynallı

Əvəz Zeynallı

Apellyasiya Məhkəməsinin qətnaməsində əksini tapan təkzib vermək və üzr istəmək tələblərini qüvvədə saxlayıb

Ali Məhkəmə həbsdə olan jurnalist Əvəz Zeynallıya qarşı Bakı Apellyasiya Məhkəməsinin 2013-cü il məhkəməsinin qətnaməsi noabrın 5-də qərar verib.

Bu barədə Amerikanın Səsinə Ə.Zeynallının vəkili Elçin Sadıqov bildirib.

Cavabdeh tərəfin kassasiya şikayətinə baxan Ali Məhkəmə cərimənin miqdarını 25 min mantdan 7 min manata endirib.

Apellyasiya Məhkəməsinin qətnaməsində əksini tapan təkzib vermək və üzr istəmək tələblərini qüvvədə saxlayıb.

E.Sadıqov qərarı qanunsuz adlandırıb. Bu haqda şikayətlə Avropa məhkəməsinə çıxacaqlarını söyləyib.

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin yalnız cərimə hissəsinə baxıb. Bir vaxtlar “Baltika-Bakı” MMC-nin rəhbəri olan Plexfray Adam Aiboviçin iddiasına əsasən Bakı Apellyasiya Məhkəməsi Ə.Zeynallını 25 min manat cərimə etmişdi, bundan əlavə, üzərinə təkzib vermək və üzr istəmək tələbi qoymuşdu.

“Xural” qəzetinin redaktoru Ə.Zeynallı 2011-ci il oktyabrın 28-də həbsə alınıb. Həbsinə səbəb kimi təkrar rüşvət tələb etməsi və hədə-qorxu ilə rüşvət tələb etməsi göstərilib.

Ə.Zeynallı hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın ifadəsi nəticəsində həbsə alınıb. Amma rüşvət faktı əsassız olduğu üçün Ə.Zeynallıya şərəf və ləyaqətin tapdanması, işgüzar imicə zərbə vurmaq, məhkəmə qərarını yerinə yetirməkdən, vergi ödəməkdən yayınmaq ittihamı irəli sürülüb.
XS
SM
MD
LG