Accessibility links

Müsavat partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəməsi başlayıb


Yadigar Sadıqov

Yadigar Sadıqov

Məhkəmədə hüquq müdafiəçiləri də iştirak edir

Noyabrın 5-də Lənkəran şəhər məhkəməsində Müsavat partiyası başqanının müşaviri Yadigar Sadıxlının işi üzrə hazırlı iclası başlayıb.

Bu barədə Turana partiyanın funksioneri Elman Fəttah bildirib.

O, qeyd edib ki, təqribən 50 nəfərlik zal insanla tam doludur və bu sırada müsavatçılar da var.

Jurnalistlər də məhkəm zalına buraxılıblar.

Bundan əlavə eyli insan zalda yer olmadığı üçün məhkəmə binasının həyətində dayanıb.Polis əməkdaşı da mülki geyimdə məhkəmə zalına yerləşdirilib.

Vəkilin məhkəmə tərkibinə etiraz, məhkəmədə video çəkiliş aparmaq haqda vəsatətləti təmin edilməyib.

Onun sözlərinə görə, məhkəmə binası ətrafında, binaya girişdə polislər və polis maşınları durublar.

Məhkəmədə hüquq müdafiəçiləri də iştirak edir.

Yadigar Sadıqov iyunun 27-də həbs olunub və Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Oktyabrın 25-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs müddəti daha bir ay uzadılıb.
XS
SM
MD
LG