Accessibility links

Məhkəmə NİDA-çıların vəsatətlərini rədd edib [Video]


"Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin məhkəməsi başlayır

"Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin məhkəməsi başlayır

Məhkəmə baxışı noyabrın 28-nə təyin olunub

Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA hərəkatının 7 fəalının və “Azad gənclik” hərəkatının üzvü İlkin Rüstəmzadənin işi üzrə hazırlıq iclasının qərarı elan olunub.

Amerikanın Səsinin əməkdaşının verdiyi məlumata görə hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilən vəsatətlərin heç biri təmin olunmayıb. Onların bir qismi rədd olunub, bir qismi isə baxılmamış saxlanılıb.

Hazırlıq iclası dövründə təqsirləndirilən şəxslər və onların vəkilləri iş üzrə məhkəmə baxışının başlanmasına razı olmadıqlarını deyib, cinayət işinə xitam verilməsini istəyiblər.

Hakim məhkəmə baxışını noyabrın 28-nə təyin edib.
Onlar martın 10-da Bakıda etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaqda təqsirli bilinirlər. Öncə gənclər qanunsuz silah və narkotik maddə saxlamaqda ittiham olunublar. Mart-aprel aylarında bu ittihamla NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlı həbs olunublar.

Mayda İlkin Rüstəmzadə xuliqanlıq ittihamı üzrə həbs olunub.
XS
SM
MD
LG