Accessibility links

Prezidentin keçmiş işlər müdiri 4 il azadlıqdan məhrum edilib


Akif Muradverdiyev
Akif Muradverdiyev

Məhkəmə onu qaçaqmalçılıqda təqsirli bilib

Dekabrın 13-də Xəzər Rayon Məhkəməsi Prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyevi 4 il azadlıqdan məhrum edilib. Bu barədə Amerikanın Səsinə vəkil Rəşad Mirmehdizadə bildirib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilib.

Vəkilin dediyinə görə Muradverdiyev məhkəmənin qərarını qəbul etmir və apellyasiya şikayəti veriləcək.

A.Muradverdiyev prezidetn seçkiləri öncəsi, 2013-cü il iyunun 20-dəi Bakı Hava Limanından Moskvaya aparmaq məqsədi ilə 40 ədəd Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən keçirməkdə ittiham olinaraq həbs edilib.

O, Bakı Hava limanında gömrük sərhədindən keçdikdən sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Akif Muradverdiyev 2005-ci ilin oktyabrında da parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilərək sonradan iqtisadi cinayətlərlə 6 il azadlıqdan məhrum olunub.

A.Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılıb. Onun cəzası 5 il sınaq müddətli şərti cəzayla əvəzlənib.

Muradverdiyev Heydər Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən 2005-ci ilin oktyabrınadək prezidentin işlər müdiri olub.
XS
SM
MD
LG