Accessibility links

Həbsdə olan jurnalist Pərviz Həşimlinin məhkəməsi təxirə salınıb


Pərviz Həşimli əli qandallı məhkəmədən çıxarkən
Pərviz Həşimli əli qandallı məhkəmədən çıxarkən

Prosesin təxirə salınmasına səbəb vəkillərin məhkəməyə gəlməməsidir

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası təxirə salınıb.

Pərviz Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova Amerikanın Səsinə bildirib ki, prosesin təxirə salınmasına səbəb təqsirləndirilənlərin vəkillərinin olmamasıdır.

T.Qurbanovun vəkil məsələsinin həll edilməsi, P.Həşimlinin vəkillərinə cinayət işi materialları ilə tanış olmaq şəraiti yaradılmaması səbəbindən məhkəmə prosesin martın 4-nə təxirə salınması barədə qərar qəbul edib.

Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ittihamları qəbul etməyən jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bildirir.
XS
SM
MD
LG