Accessibility links

Azərbaycanda dayəlik edən flippinli xanımın işi üzrə məhkəmə prosesi gedir [Video]


Hüquq müdafiəçisi Əövsət Əliyev deyir ki, zərəçəkmiş flippinli xanım Azərbaycanda insan alverinin qurbanıdır

Bakı Məhkəməsində ilk dayə işi

Bakı Ağır Cinayətlər məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə Flippinli qadını döyməkdə ittiham olunan vətəndaş Aynur Mehdiyevanın işi üzrə məhkəmə prosesi gedir.

Aynur Mehdiyeva Cinayət Məcəlləsinin 144-1.2.8 (insan alveri) və 144-2.1-ci (məcburi əmək) maddələrində ittiham olunur.

İttiham aktına görə Aynur Mehdiyeva 2013-cü ilin iyun ayının 13-də Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə İdarəsi və Miqrasiya İdarəsinin birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Cinayət işinin başlanmasına əsas və səbəb Filippin Respublikasının xanım vətəndaşı Lianto Fe Diazın 11 iyun 2013-cü il tarixdə idarəyə ərizə ilə müraciət edərək ona fiziki və psixi zor tətbiq olunduğunu, azadlığının məhdudlaşdırıldığını, iradəsi əleyhinə digər xidmətlərin yerinə yetirilməsinə məcbur edildiyini, pasportunun alınaraq ölkəsinə qayıtmasının qarşısının alındığını göstərməsi faktı olub.

Hazırda məhkəməsi davam edən Aynur Mehdiyeva himayəsində azyaşlı olduğundan azadlıqdadır.

Zərərçəkmiş flippinli qızın hüquqlarını müdafiə edən, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Amerikanın Səsinə bildirib ki, Aynur Mehdiyeva yalnız oğluna baxması üçün flippinli xanımla iki illik müqavilə bağlayıb.

Lakin Aynur Mehdiyeva ona müqavilədə artıq nəzərdə tutulan işlər gördürüb.Əlindən posportu alıb.Məhdudiyyətlər qoyulub.

Əlövsət Əliyev məhkəmə iddasında Aynur Mehdiyevaya da qarşı 18 min 200 manat məbləğində maddi təzminat olduğunu da deyib.

Dayəliklə bağlı Azərbaycanda ilk iş olduğunu deyən Əlövsət Əliyev bildirib ki, bununla bağlı hökm çıxarılması dünyanın bütün ölkələrində problemlidir.
“Hesab edirəm ki burada normal sübutlar var.Kifayət qədər sərt cəzanın şahidi olacayıq.Biz buna ümidliyik” deyə o bildirib.

Azərbaycanda iki əvvəl dövlət orqanlarından sorğu alındığını qeyd edən Əlövsət Əliyev bildirib ki, bir il ərzində Azərbaycana 900 yaxın Flippinli gətirilmişdir.

“Onların böyük əksəriyyəti ayr- ayrı adamların evində işləyiblər.Dayəliyə cəlb ediliblər.Ama Dövlət Miqrasiya Xidmətindən aldığımız cavabda isə deyilir ki, dayəliklə
məşğul olan flippinlilərin 20 nəfərdən çıx deyildi fərdi icazə alanlar.”deyə o bildirib.

Azərbaycanda insan alveri qurbanları

Azərbaycanda bu tip istismara qalanların sayının çox olduğunu vurğulayan Əlövsət Əliyev əksəriyyəti öz hüquqlarını bilmədiyini qeyd edib.

Fllipinli xanımın Azərbaycanda insan alveri qurbanı olduğuna görə Azərbaycanda qanuni əsaslarla yaşadığını bildirən Əlövsət Əliyev qızın yaşaması üçün Azərbaycanda müvəqqəti icazə alınıb.

Məhkəmə prosesi davam edir

Bugünki məhkəmə prosesində ittiham üzrə şahidlər dindirilib.

Şahidlərin verdiyi ifadələrə görə evin yiyəsi olan Aynur Mehdiyeva dayə flippinli xanıma heç bir xəsarət yetirməyib.Onun normal münasibəti olub.
Məhkəmədə ifadə verən evin digər xidmətçisi Günel Məmmədova bildirib ki, keçən il flippinli xanımın qolunda göyərti görüb.

“Mən İbrahimin qayçı götürdüyünü gördüm. Feyə dedim ki uşaq qayçı götürüb. Gözünə- başına batar. O, da uşaqdan qayçını alanda,qayçı qoluna dəydi və mən onun qoluna yod vurdum “deyə Günel Məmmədova bildirib.

Daha sonra suallar mərhələsində dövlət ittihamçısı flippinli xanımdan xəsarət necə almısız soruşduqda ,o suala cavabda madam (Aynur-red) xanımı əvvəlcə başına vurduğunu, sonra isə qayçı ilə çiyninə vurduğunu bildirib.

Məhkəmə şahid ifadələrini dindirdikdən sonra prosesin aprelin 21-də davam edəcəyini açıqlayıb.

Öz növbəsində nə Aynur Mehdiyeva , nə də vəkili jurnalistlərə müsahibə vermək istəməyiblər.
XS
SM
MD
LG