Accessibility links

Anar Məmmədlinin məhkəməsində çıxış edən dövlət itthamçısının halı pisləşib


Anar Məmmədli
Anar Məmmədli

Məhkəmədə həmçinin hakimin halı pisləşib

Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun işi üzrə proses davam edib.

Onlar CM-in 5 maddəsi ilə – vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, iri məbləğdə əmlakın mənimsənilməsi və vəzifə saxtakarlığı ittiham olunurlar.

Bu günki prosesdə dövlət ittihamçısı Anar Tanrıverdiyev çıxış etməliydi.

Prosesdə əvvəlcə işi aparan məhkəmə kollegiyasında hakimlərdən biri Şəkər Məmmədovanın halı pisləşib. Daha sonra dövlət ittihamçısı Anar Tanrıverdiyev çıxış edərkən halı pisləşib.

Bundan 5 dəqiqə sonra dövlət ittihamçısının halı yenidən pisləşdiyindən proses təxirə salınıb. Hakim məhkəmə iclasını mayın 21-dək təxirə salıb.

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
XS
SM
MD
LG