Accessibility links

Ali Məhkəmə Hilal Məmmədovu həbsdə saxlayıb


Hilal Məmmədov
Hilal Məmmədov

Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb

İyunun 25-də Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun kassasiya şikayətinə baxılıb. Məhkəmə H.Məmmədovun kassasiya şikayətini təmin etməyərək Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Belə ki, Apellyasiya Məhkəməsi onun azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəmənin qərarının ləğvindən imtina edib.

Bu günkü iclas qapalı keçirilib.

Hilal Məmmədov 2012-ci il uyunun 21-də həbs edilib. 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. O, dövlətə xəyanətdə, millətlərarası ədavətin qızışdırılmasında və narkotik maddə alverində təqsirli bilinib.

H.Məmmədov bütün ittihamları rədd edib. O, siyasi motivlərlə həbs olunduğunu düşünür. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG