Accessibility links

Bəxtiyar Quliyev apellyasiya şikayətindən imtina edib


NIDA-çı gənc Bəxtiyar Quliyev

NIDA-çı gənc Bəxtiyar Quliyev

NİDA-çı gənclərin məhkəməsi iyulun 11-nə təyin olunub

İyunun 27-də hakim Həsən Əhmədovun sədrliyi ilə Bakı Apellyasiya məhkəməsində NİDA vətəndaş hərəkatı fəallarının apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Vəkil Yalçın İmanovun Amerkanın Səsinə verdiyi məlumata görə bugünki iclasda gənc fəallar zala daxil olarkən onların yaxınları alqışlarla qarşılayıb.

Vəkil bildirib ki, bu yaxınlarda NİDA-çılara qoşulmaqdan peşmançılıq keçiriən gənc Bəxtiyar Quliyev bu dəfə də məhkəməyə gətirilməyib.

Onun sözlərinə görə vəkillər müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və prosesin qismən istintaqla aparılması barədə vəsatətlər veriblər.

Hakim Həsən Əhmədov isə Bəxtiyar Quliyevin apellyasiya şikayətindən imtina etməsi barədə ərizə yazdığını deyib.

H.Əhmədov deyib ki, B. Quliyev apellyasiya şikayətindən imtina etdiyini və gələcəkdə özünün apellyasiya şikayəti verə biləcəyinin nəzərə alınmasını məhkəmədən xahiş edib.

B. Quliyev məhkəməyə digər bir ərizə yazaraq məhkəmə prosesində iştirak etmək istəmədiyini qeyd edib.

Vəkillər və təqsirləndirilən şəxslər isə B. Quliyevin prosesdə iştirakının təmin olunmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, B. Quliyevin istəyi təmin edilib, vəkillərin vəsatətləri isə təmin olunmayıb.

Prosesin baxış iclası iyulun 11-nə təyin olunub.

6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsiri bilərək, 6 ildən 8 ilədək müxtəlif müddətə həbs cəzalarına məhkum edib.

Gənclər ittihamları təkzib ediblər və cinayət təqibinin siyasi motivli olduğunu bildiriblər.

Amnesty İnternational bütün bu məhkumları “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG