Accessibility links

Facebook fəalı məhkəmədən öncə gözyaşardıcı qazdan zərər çəkib [Audio]


Əbdül Əbilov

Əbdül Əbilov

Əbdül Əbilovun vəkili Xalid Bağırovun Amerikanın Səsinə müsahibəsi

İyulun 21-də Bakı Apellyasiya məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə 31 yaşlı fəal facebook istifadəçisi Əbdül Əbilovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Apellyasiya şikayətində facebook istifadəçisinin hökmünün ləğv olunaraq barəsində bəraət hökmü çıxarılması istənilir.

Əbdülovun yaxını Şəhriyar Əbilov Amerikanın Səsinə bildirib ki, məhkəmə iclası başlamazdan əvvəl məhkəmənin müttəhimlər üçün müvəqqəti saxlama yerində Əbdül Əbilov gözyaşardıcı qazdan zərər çəkib.


"Əbdülün zərər çəkməsinə isə kriminal aləmdə Lotu Quli ilə Lotu Rövşən kimi tanına şəxslərin həbsdə olan adamlarının dalaşması və bu səbəbədən məhkəmə nəzarətçilərinin qaz buraxması səbəb olub.

Əbdül hadisədən sonra məhkəmə zalına gətirildi, gözü qıpqırmızı idi, sol əli də zərər çəkib”, deyə Ş.Əbilov bildirib.

Bu günki iclasda vəkil birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi vəsatətləri qaldırıb. Bununla da vəkil məhkəmənin istintaqla keçirilməsini istəyib.

Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Buna görə də Ş.Əbilov apellyasiya şikayətinin ilkin hazırlığından vəkilin kassasiya şikayəti veriləcəyini deyib.

Proses avqustun 4-də davam etdiriləcək.

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əbdül Əbilova hökm oxunub. Məhkəmənin hökmü ilə Əbdül Əbilov 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən guya onun cibindən içərisində 2,679 qr heroin olan sellofan paket tapılıb, kirayə yaşadığı evdə isə 4,677 qr heroin tapılıb.

Məhkəmədə gənc fəal bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus hesab edirlər.

XS
SM
MD
LG