Accessibility links

Hüquq müdafiəçisi Emil Məmmədov 2 il şərti cəza almaqla azadlığa buraxılıb


Emil Məmmədov
Emil Məmmədov

E.Məmmədov hesab edir ki, o, Salyanda korrupsiya faktları barədə məlumatları açıqladığına görə yerli hakimiyyətin təqiblərinə məruz qalır

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə hökm oxunub.

Məhkəmə onu və bu QHT-nin digər üzvü Tofiq Qasımovu şərti olaraq 2 il şərti cəza almaqla, məhkəmə zalından buraxılıblar.

Bu barədə Amerikanın Səsinə E.Məmmədovun vəkili Fariz Namazlı bildirib.

E.Məmmədov mayın 13-də polis tərəfindən saxlanılıb və (182.2.2-ci maddə) bir neçə vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurdu.

Bundan əvvəl isə T.Qasımov həbs edilib. Həmin maddə üzrə onların hər ikisini 10 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyirdi.

E.Məmmədov özü hesab edir ki, o, Salyanda korrupsiya faktları barədə məlumatları açıqladığına görə yerli hakimiyyətin təqiblərinə məruz qalır.

XS
SM
MD
LG