Accessibility links

Məhkəmə jurnalisti həbsdə saxlayıb, onunla dalaşanı ev dustaqlığına buraxıb


Seymur Həzi
Seymur Həzi

Seymur Həzi həbsini sifariş kimi qiymətləndirir

Oktyabrın 2-də Abşeron rayon məhkəməsində "Azadlıq" qəzetinin şərhçisi Seymur Həziyə qarşı seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Vəkil Adil İsmayılovun Amerikanın Səsinə bildirib ki, hakim vəsatəti təmin etməyib.

Onun sözlərinə görə Seymur Həzi ilə dalaşan Məhərrəm Həsənov bir neçə gün əvvəl ev dustaqlığına buraxılıb.

Seymur Həzi avqustun 29-da Məhərrəm Həsənova güc tətbiq etmə iddiası ilə saxlanılıb. Jurnalist silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur.

M.Həsənova qarşı da Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Seymur Həzi həbsini sifariş kimi qiymətləndirir. O “Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvüdür.

XS
SM
MD
LG