Accessibility links

Dövlət ittihamçısı Orxan Eyyubzadəyə 3 il həbs istəyib


Orxan Eyyubzadə

Orxan Eyyubzadə

Gənc fəal Cinayət Məcəlləsinin 315.1«hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» maddəsi ilə ittiham olunur.

Oktyabrın 9-da Binəqədi rayon Məhkəməsində həbsdə olan gənc fəal Orxan Eyyubzadənin işi ilə bağlı məhkəmə prosesində prokuror ona 3 il iş istəyib.

Gənc fəal Cinayət Məcəlləsinin 315.1«hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» maddəsi ilə ittiham olunur.

Bu barədə vəkil Əshabəli Mustafayev məlumat verib.

Vəkil hesab edir ki, prokuror gənc fəala ağır cəza istəyib.

Məhkəmə oktyabrın 15-də davam edəcək. Növbəti prosesdə vəkil çıxış edəcək.

Orxan Eyyubzadə bu ilin mayın 6-da NİDA fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb.

Daha sonra onun haqqında cinayət işi açılıb və həbs müddəti 1 ay daha uzadılıb.

XS
SM
MD
LG