Accessibility links

Vəkil REAL Hərəkatının liderinin azadlığa buraxılmasını tələb edir

Noyabrın 13-də vəkil Fuad Ağayev REAL Hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti verib.

Bu barədə Amerikanın Səsinə onun vəkili Fuad Ağayev bildirib.

“Kasassiya şikayətində Məmmədov barəsində qəbul edilmiş məhkəmə aktlarının, yəni Şəki Ağır Cinayətlər Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökm və qərarının ləğv edilməsi, Məmmədov barədə iş üzrə icraata xitam verilməsi, onun dərhal azadlığa buraxılması tələblərini qoymuşam. Əminəm ki, məhkəmə baxışlarında Məmmədovun təqsirsizliyi tam sübuta yetirilib, istintaq orqanının verdiyi ittiham iş materialları, o cümlədən video materiallar vəifadələrlə alt-üst edilib”, Ağayev qeyd edib.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. ReAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

2014-cü ilin iyunun Şəki Apellyasiya Məhkəməsi Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Amnesty İnternational İlqar Məmmədovu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG