Accessibility links

Apellyasiya məhkəməsi facebook fəalı Əbdül Əbilovu həbsdə saxlayıb


Əbdül Əbilov (Foto Ülvi Həsənlinindir)
Əbdül Əbilov (Foto Ülvi Həsənlinindir)

Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edir

Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Facebook fəalı Əbdül Əbilovun şikayətini təmin etməyib. O, narkotik maddə alverində ittiham olunaraq 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bununla da Ə.Əbilovun barəsində hökm dəyişməz qalıb. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Bu barədə Amerikanın Səsinə vəkil Xalid Bağırov bildirib.

Ə.Əbilov 2013-cü il noyabrın 22-də həbs olunub. Onun cibinə 2,679 qr. heroin, mənzilində isə 4,677 qr. heroin “tapılıb”.

Ə.Əbilov mayln 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.

Ə.Əbilov məhkəmədə bildirib ki, həbsinin əsl səbəbi hakimiyyətin onu tənqidə görə cəzalandırmasıdır. Belə ki, Ə.Əbilov Facebookda “Yaltaqlara dur deyək!”səhifəsinin müəllifi və aparıcısı idi.

Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

XS
SM
MD
LG