Accessibility links

İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunanların məhkəməsi başlayıb


 Dayəlik işi üzrə məhkəmə prosesi gedir
Dayəlik işi üzrə məhkəmə prosesi gedir

Proses dekabrın 4-də davam edəcək

Noyabrın 25-də hakim Eldar İsmayılovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi başlayıb.

Trend agentliyinin məlumatına görə, qapalı keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra prosesdə təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər.

Faiq Qurbanovun vəkili Anar Qasımlı cinayət işi ilə tanış olması üçün vaxt istəyib.

Proses dekabrın 4-də davam edəcək.

İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinirlər. İttihama əsasən, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və s. kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.

Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. Seymur Rzazadə Qaffariyə “mən Allah ordusuna əsgər seçilirəm” məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda mömünlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.

Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG