Accessibility links

"Azadlıq" qəzetinin jurnalisti Seymur Həzi karserə salınıb


Seymur Həzi

Seymur Həzi

Jurnalistin karserə salınma səbəbi məlum deyil

Xuliqanlıqda ittiham olunan "Azadlıq" qəzetinin jurnalisti Seymur Həzi karserə (cərimə kamerası) salınıb.

Vəkil Adil İsmayılov Amerikanın Səsinə bildirib ki, Həzinin karserə salınmasını ona jurnalistin atası deyib.

"Yanvarın 15-də atası Seymur üçün sovqat aparıb. Sovqatı qəbul etməyiblər. Səbəbini soruşanda deyiblər ki, karserdə olduğuna görədir. Məndə də səbəblər haqda dəqiq məlumat yoxdur. Sabah təcridxanaya gedib aydınlaşdıracağam".

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən Seymur Həzinin karserə salınması ilə bağlı məlumata münasibət bildirməyiblər.

Seymur Həzi avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.

Müdafiə tərəfi məsələnin siyasi sifariş olduğunu deyir.

Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyatı olmadığını deyirlər.

XS
SM
MD
LG