Accessibility links

Hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə hazırlıq iclası təxirə salınıb [Video]


İntiqam Əliyevin məhkəməsi başlayır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

İntiqam Əliyevin məhkəməsi başlayır

Proses yanvarın 23-dək təxirə salınıb

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə salınıb.

Amerikanın Səsinin müxbirinin məhkəmdən verdiyi məlumata görə hazırlıq iclasının təxirə salınmaasının səbəbi İntiqam Əliyevin vəkili Elton Quliyev və zərərçəkmiş kimi tanınan şəxslərin məhkəmədə iştirak etməməsi olub.

Hakim bildirib ki, İntiqam Əliyevin vəkili Cavad Cavadlının qaldırdığı vəsatətə digər vəkil və zərərçəkmiş şəxslər də münasibət bildirməlidirlər.

Proses yanvarın 23-dək təxirə salınıb.

Intiqam Əliyevin məhkəmə prosesi başlayır
Intiqam Əliyevin məhkəmə prosesi başlayır

Hazırlıq iclasını izləmək üçün Qərb ölkələrinin səfirliklərinin nümayəndələri və ictimai siyasi fəallar qatılıblar.

Məhkəmə zalı balaca olduğundan məhkəmə iştirakçılarının əksəriyyəti bayırda qalıb.

Müdafiə tərəfi İ.Əliyevə bəraət verilməsinə nail olmaq niyyətindədir.

İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə ittihamlar da irəli sürülüb.

İ.Əliyev bütün ittihamları rədd edərək siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi ”vicdan məhbusu” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG