Accessibility links

Səbail rayonunun icra başçısının oğlu məhkəmə zalında həbs olundu


Həbs

Həbs

O, “Mc Donalds”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlunun ölümündə təqsirli bilinib

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhliman Süleymanova 6 il, Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu Ilham Əsgərliyə isə 5,6 il həbs cəzası verilib.

APA-nın məlumatına görə, prosesdə çıxış edən İ. Əsgərli hadisə nəticəsində yaxın dostunu itirdiyini, peşman olduğunu deyib.

Hadisə 2014-cü il sentyabrın 27-də baş verib. İ. Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə. Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişib.

Qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin, təqsirləndirilən İlham Əsgərli isə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

XS
SM
MD
LG