Accessibility links

Azərbaycanda dini dövlət qurmaqda ittiham olunan 17 nəfərə hökm oxundu


Məhkəmə
Məhkəmə

Avqustun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda dini dövlət qurmaqda ittiham olunan 17 nəfərin mühakiməsi başa çatıb.

AzadlıqRadiosunun məlumatına görə onlardan biri - Nurəddin Xəlilov azadlıqdan ömürlük məhrum edilib.

Məhkəməyə çıxarılan 17 nəfərin əksəriyyəti ifadə verməkdən boyun qaçıraraq yalnız «Allahın məhkəməsi»ni əsas saydıqları deyiblər.

Təqsirləndirilən digər şəxslərdən Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov və Fəxri Şirinzadə - 20 il, Zaur Əliyev və Rufiz Bəyimov - 18 il, Pərviz Şıxalıyev, Rəşad Səfərəliyev, Samir Məmmədovvə Niyaməddin Xəlilov - 16 il, Xəlil Məmmədov - 15 il, Ceyhun Abdullayev və Anar Rzayev - 14 il, İlqar Musayev - 13 il 6 ay azadlıqdan məhrum ediliblər.

Adı çəkilən şəxslər silahlı qrup qurmaqda, dövlət quruluşuna qarşı çalışmaqda, dini düşmənçilik salmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq və terrorçuluqda, eləcə də bir sıra başqa cinayətlərdə ittiham olunurlar. Cinayət işinin materiallarında yazılıb ki, Nurəddin Xəlilov başına sələfiləri toplayıb və «Umar abi Mucaid» ləqəbi götürərək, özünü «əmir» elan edib.

Suriya və İraqda təşəkkül tapan İslam Dövləti (İŞİD) regionun başqa guşələrində radikal islamçılar üçün örnəyə çevrilib.
Suriya və İraqda təşəkkül tapan İslam Dövləti (İŞİD) regionun başqa guşələrində radikal islamçılar üçün örnəyə çevrilib.

Trendin məlumatına görə isə onlar Qəbələdə iş adamını qətlə yetirməkdə təqsirli biliniblər.

Təqsirləndirilənlər ittihamlarla razılaşmayaraq, suç işlətmədiklərini bildiriblər. Məhkəməyə çıxarılan 17 nəfərin əksəriyyəti ifadə verməkdən boyun qaçıraraq yalnız «Allahın məhkəməsi»ni əsas saydıqları deyiblər.

Onlar hökm oxunanda da, «Allahu Əkbər» qışqıraraq, Qurandan surələr oxuyub və davranışlarını əsaslandırıblar: «Biz sizin məhkəməni qəbul eləmirik».

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG