Accessibility links

“Nardaran işi”ndə çıxışlar davam edir [Yenilənib]


“Nardaran işi” üzrə məhkəmədə təqsirləndirilən şəxslərin yekun çıxışları olub.

Aqil İsmayılov prosesi müşahidə edən müxalifət liderlərini, dini fəalları dəstəkləyib. Qadınlara üz tutaraq, onları ağlamamağa çağırıb.

“Hər anaya oğlunun Allah xatirinə həbsə düşməsi qismət olmur”, deyən İsmayılov qeyd edib ki, “Yeni Azərbaycan” partiyası hakimiyyətdə olduğu müddətcə Azərbaycanda rüşvət və ədalətsizlik olacağını qeyd edib.

Cabbar Cabbarov DİN-i cəza əməliyyatında ittiham edib.

“Onlar Nardarana o qədər qüvvə göndərmişdilər ki, sanki Qarabağda kəndləri ermənilərdən azad edirdilər”, deyə o qeyd edib.

İsmayılov bildirib ki, təqsirləndirilən şəxslərin silahı olmayıb.

İbrahim Xudaverdiyev deyib ki, indiyədək işgəncələrdən özünə gələ bilməyib. Təqsirləndirilən şəxslər terrorçu olsaydılar partlayış törədərdilər və özlərini partladardılar.

“Müsəlman Birliyi” hərəkatının sədr müavini Abbas Hüseynov bildirib ki, ölkə əyləncə və şou və qorxu yaradılması ilə idarə olunur.

“Müsəlman Birliyi” ədalətsizliyə və despotizmə qarşı olub. Qəddafi və Səddam Hüseyn metodları ilə idarə olunan ölkələrdə inqilablar qaçılmazdır, deyə o bildirib.

O həmçinin qeyd edib ki, Bakı Baş Polis İdarəsində saxlanılarkən yaralanan dindar Əbülfəz Bünyadovun ağzına zorla araq tökərək, dini hisslərini təhqir ediblər.

Hüseynov deyib ki, o və Taleh Bağırzadə həbsxanada öldürüləcəkləri barədə hədələr alırlar. Amma onlar qorxmurlar və bağışlanmağı istəmək niyyətində deyillər. “Terrorçu onunla razı olmayanları təqib edən hakimiyyətin özüdür”, deyə Hüseynov bildirib.

Növbəti iclas yanvarın 16-na təyin edilib.

***

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə yanvarın 11-də keçirilən prosesdə vəkillərin çıxışları davam edib.

İclasın əvvəlində Taleh Bağırzadə diqqəti prezident İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsinə yönəldib.

O xatırladıb ki, 2009-cu ildə Bakı “İslam dünyasının paytaxtı” elan edilmişdi. Həmin il ölkədə iki məscid dağıdıldı. Odur ki, 2017-ci ildə dindarlara qarşı repressiyaların artacağını gözləmək lazımdır.

“Ancaq bir gün Azərbaycan xalqı özünə layiq hakimiyyəti seçəcək”, T.Bağırzadə vurğulayıb.

Sonra vəkil Fəxrəddin Mehdiyev çıxış edib. O, cinayət işinin qurama olduğunu bildirib. O müdafiə etdiyi Fuad Qəhrəmanlının Nardaran hadisələrinə heç bir bağlılığı olmadığını və İnternetdə söylədiyi fikirlərinə görə həbs olunduğunu deyib.

Vəkil bildirib ki, müdafiə etditi digər şəxs - Abbas Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) işgəncələr veriblər, az qala intihar həddinə çatdırıblar.

“Əgər bir insan ancaq polisə daş atıbsa onu 20 maddə ilə təqib etmək olmaz”, F.Mehdiyev bildirib.

T.Bağırzadənin və A.Hüseynovun hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı deyib ki, müdafiə tərəfinin vəsatətinə baxmayaraq, dindarlara işgəncə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Kərim Əlimərdanov məhkəməyə çağırılmayıb.

Vəkil deyib ki, vaxt gələcək bu məhkəmə və müttəhimlərə işgəncə verən BMCMİ əməkdaşları Hacı Məmmədovun bandası kimi mühakimə olunacaq. Lakin hakim Əlövsət Abbasov vəkilin sözünü kəsərək mahiyyəti üzrə danışmasını tələb edib.

Vəkil Cavad Cavadov deyib ki, T.Bağırzadə narkotik maddə və qanunsuz silah saxlamağa görə mühakimə edilib, odur ki, növbəti həbs üçün indiki işi uydurublar. Buna görə də bu iş üzrə hökm siyasi olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG