Accessibility links

Qənimət Zahidin qohumları barədə məhkəmə qərarı daha bir ay təxirə salınıb


Rüfət Zahidov və Rövşən Zahidov (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)

Rüfət Zahidov və Rövşən Zahidov (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)

Yanvarın 18-də Sumqayıt Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin baş redaktoru və Turan TV-nin təsisçisi Qənimət Zahidin narkotik ittihamı ilə ilə həbsə atılan qohumları ilə bağlı yekun qərar elan olunmalı idi. Amma prosesə sədrlik edən hakim Hüseyn Nəbiyev müddəti daha bir ay uzadaraq fevralın 17-də son qərarın elan ediləcəyini bildirib.

Ötən ilin dekabrın 21-də keçirilən prosesdə vəkillər çıxış edərək, işə bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib. Mühakimə olunan Rövşən Zahidov (Qənimət Zahidin əmisi oğlu) və Rüfət Zahidov (Qənimət Zahidin qardaşı oğlu) vəkillərin çıxışı ilə razı olduqlarını bildirərək günahsız oıduqlarını bildirib. Hakimlər son qərarı dekabrın 28-də elan edəcəklərini bildirsə də, həmin gün qərarı elan etməyib və prosesi 2016-cı il yanvarın 18-nədədk təxirə salıb. Amma, bu günkü prosesdə sədrlik edən hakim Hüseyn Nəbiyev son qərar üçün müddəti daha bir ay uzadıb.

“Məhkəmənin daha bir ay təxirə salınmasını müəammalı hal kimi qiymətləndirirəm. Hakim vəkillərin iştirak etməməsini bəhanə gətirib, prosesə bir ay ara verib. Amma, vəkillər çıxışını başa çatdırıb. Əgər, vəkillərin iştirakı çox vacib idisə, prosesi bir neçə saat təxirə sala bilərdi, vəkillər iştirak edə bilərdi”, vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.

Rövşən və Rüfət Zahidovlar 2016-cı ilin iyulunda həbs olunub. Onlar satış məqsədi ilə külli miqdarda narkotik maddənin saxlanılmasında ittiham olunaraq Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan mərhum edilib.

Hər iki şəxs ittihamı qəbul etməyərək həbslərinin Qənimət Zahidin hakimiyyət əleyhinə tənqidi fikirlərinə görə ona təzyiq vasitəsi olduğunu deyib.

Apellyasiya Məhkəməsi gedən müddətdə Zahidovlaryaxın qohumları Qənimət Zahiddən imtina etdikləri barədə açıqlama veriblər.

XS
SM
MD
LG