Accessibility links

“Nardaran işi” məhkəməsi müttəhimlərin son sözü ilə davam edir


Nardaran işi məhkəməsi
Nardaran işi məhkəməsi

Yanvarın 18-də “Nardaran işi” üzrə prosesdə müttəhimlərin yekun çıxışları davam edib. Onlar həbsdən sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) işgəncələrin verilməsi, onlarla qeyri-insani rəftar edilməsi barədə digər müttəhimlərin bəyanatlarını təsdiqləyiblər.

Müttəhim Əli Nuriyev bildirib ki, xüsusi əməliyyat zamanı yaralanan Rafael Bünyadov İmam Hüseyni köməyə çağırdığına görə polis əməkdaşları onu incidiblər.

BMCMİ-də ondan Aşuranı qeyd etməməyi, imamlara matəm saxlamamağı tələb ediblər.

Şamil Abdullayev deyib ki, indiyədək onun bədənində iki güllə qalır. Həmin güllələri ötən il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı polis atıb. Onu xəstəxanaya Nardaran sakinləri aparıblar. Lakin əməliyyat və müalicə əvəzinə polislər onu dindiriblər.

“Həkimlərə dedilər ki, həyatıma təhlükə yoxdur, əməliyyat etməyin. Əlimdə gips ola-ola məni kameraya atdılar”, Ş.Abdullayev bildirib.

Abbas Tağızadə, Rasim Cəbrayılov, Zakir Mustafayev də işgəncələrdən danışıblar.

Onlar məhkəmədən xahiş ediblər ki, barələrində ömürlük həbs cəzası çıxarsınlar.

“Bizə qarşı çox ədalətsizlik olub. Heç olmasa, indi ədalətli olun və bizi Taleh Bağırzadədən ayırmayın”, Ş.Nuriyev vurğulayıb.

İclas yanvarın 19-da davam edəcək.

Əli Quliyev və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının çıxışları olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG