Accessibility links

Cəbrayıl köçkünləri həbsdə saxlanılıb


Yanvarın 19-da Cəbrayıl rayonundan olan məcburi köçkünlər-Cəlal Quliyev, Zaur Fehruzlu və Ülvi Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətini Şirvan Apellyasiya Məhkəməsi təmin etməyib. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Beləliklə, hər üç şəxs barədə Cəbrayıl Rayon Məhkəməsinin 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarı qüvvədə saxlanılıb.

Vəkilin sözlərinə görə, poçtda ləngimə olduğundan həmin iş üzrə həbs edilmiş İlkin İsgəndərov barəsindəki həbsdən apellyasiya şikayəti üzrə məhkəmə baxışı hələ təyin edilməyib.

Yanvarın 18-də Şirvan Apellyasiya Məhkəməsi prokurorluğun məktubunu əsas gətirərək şikayəti qəbul etməmişdi. Prokurorluğun məktubunda qeyd olunub ki, vəkil Elçin Sadıqov eyni vaxtda 4 müttəhimi müdafiə edir və guya bu, istintaq altında olanların maraqlarına ziddir.

2016-ci il dekabrın 22-də Biləsuvar rayonunda 11 qəsəbəyə elektrik enerjisinin verilməsinin kəsilməsilə əlaqədar sakinlər etiraz aksiyası keçiriblər.

Aksiya polis tərəfindən dağıdılıb. Beş iştirakçı polisə müqavimət göstərmək, iğtişaşlar törətmək, başqasının əmlakını məhv etmək ittihamları ilə Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov həbs olunub. Onlar Cəbrayıl köçkünləridir. Elçin Sadıqov onlardan dördünü (Alməmmədovdan başqa) müdafiə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG