Accessibility links

Avropa Məhkəməsi gənc fəalların şikayətini icraata götürüb


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətlərini icraata qəbul edib.

Şikayət məhkəməyə qədərki saxlanma və əsassız həbs zamanı onlara işgəncələrin verilməsi ilə bağlıdır. Məhkəmədə onların maraqlarını vəkillər Elçin Sadıqov və Zibeydə Sadıqova müdafiə edir.

E.Sadıqov Amerikanın Səsinə bildirib ki, şikayətdə gənclərin Avropa insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3 (işgəncələrin qadağan edilməsi) , 6 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 10 (fikrin ifadə olunması azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətdən istifadə həddi) maddələrində zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qoyulur.

Bundan əlavə, vəkillər məhkəmə reqlamentinin 41-ci qaydasına əsasən şikayətlərə prioritet qaydada baxılması haqda qərar qəbul edilməsi xahişilə AİHM-ə müraciət edib.

Konvensiyanın 36-cı maddəsinin şikayətlərə baxılması zamanı üçüncü tərəfin iştrakına yol verir. Odur ki, vəkillər beynəlxalq hüquq-müdafiə təşkilatlarını B.Məmmədovun və Q.İbrahimovun şikayətlərinə baxılmasına cəlb edilmək xahişilə AİHM-ə müraciət etməyə çağırıb.

NİDA Hərəkatının fəalları Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs olunub. Lakin onlar külli miqdarda qanunsuz narkotik maddə ittihamı ilə 10 il azadlıqdan məhrum ediliblər.

Yerli hüquq-mdafiə təşkilatları onları “siyasi məhbus” kimi tanıyıb.

Amnesty İnternational təşkilatı hər iki fəalı“vicdan məhbusu” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG