Accessibility links

“Nardaran işi-3” məhkəməsində vəsatətlər təmin edilməyib


Ədalət məhkəməsi
Ədalət məhkəməsi

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Zülfüqar Mikayılov və digər 10 dindarın məhkəmə prosesi davam edib. Onlar konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorizm və digər ağır cinayətlərdə ittiham olunur.

Bu proses “Nardaran işi-3” işi kimi tanınır. Çünki Nardaranda islam hərəkatının təşkilində ittiham olunaraq həbs edilən üçüncü qrupun məhkəmə prosesidir.

Müttəhimlər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar və onlara qarşı “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadəyə və hərəkat fəallarına irəli sürülən eyni ittihamlar irəli sürülüb.

Məhkəmə prosesi hakim Zeynal Ağayevin sədrliyilə keçirilir.

Müttəhimlərin vəkilləri baxış protokolunun sübutlar siyahısından çıxarılması və həmin protokola imza atmış 2 hal şahidinin şahid qismində dindirilməsinə dair vəsatət qaldırıblar.

Vəkil Akif Əliyev bildirib ki, əməliyyat kobud şəkildə aparılıb və müttəhim Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb.

Vəkil diqqəti ona yönəldib ki, şahid Moşu Paşayev demək olar ki, Lənkəranda bütün işlərdə şahid kimi keçib.

Digər vəkillər müttəhimlərin ev dustaqlığına keçirilməsi və cinayət təqibinə son verilməsi barədə vəsatət qaldırıblar.

Vəsatətlər təmin edilməyib.

Növbəti məhkəmə iclası fevraln 6-na təyin edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG