Accessibility links

Məhkəmə media eksperti ilə bağlı işə xitam verib


Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Fevralın 13-də Bakının Yasamal Rayon Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başa çatıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət təqibinə xitam verilib. Hakim tərəflərin məhkəməyə gəlməməsini əsas götürüb.

Qulu Məhərrəmlinin vəkili Cavid Rzazadə moderator.az saytına deyib ki, heç bir hüquqi əsası olmadan icraata götürülmüş işə xitam verilməsi tamamilə məntiqə uygun nəticədir.

Media eksperti Qulu Məhərrəmli 2016-cı ilin fevralında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-ni və qurumun sədri Arif Alışanovutənqid edib.

A.Alışanov məhkəməyə müraciət edərək mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını vvə xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

XS
SM
MD
LG