Accessibility links

Fevralın 22-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Elçin İsmayıllının həbsi ilə bağlı şikayəti təmin etməyib. Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Şikayət E.İsmayıllının hədə yolu ilə pul tələb etmək ittihamı üzrə həbsilə bağlı Nəsimi Rayon Məhkəməsinin 18 fevral tarixli qərarından verilib.

İstintaq bildirib ki, guya jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşından 1000 manat rüşvət alarkən tutulub.

Məhkəmədə jurnalist ittihamı bir daha rədd edərək deyib ki, sözügedən məmur onun köhnə tanışıdır və o həmin məbləği borc kimi ondan əvvəllər istəyibmiş. Məmur sadəcə bundan istifadə edərək borc vermək üçün jurnalisti dəvət edib və bunla da onu tora salıb. Jurnalist öz həbsinin sifarişçisi kimi dəfələrlə tənqid etdiyi rayon hakimiyyəti başçısını göstərib.

Müdafiə tərəfi həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırmaq niyyətindədir. Vəkil diqqəti ona yönəldib ki, jurnalistə qarşı cinayət işinin nömrəsi “Hizmət” Hərəkatının qanunsuz fəaliyyətinin araşdırılması üzrə cinayət işi ilə üst-üstə düşür. AXCP fəalları Fuad Əhmədli və Faiq Əmirov da bu iş üzrə keçir.

“Hələlik istintaq E.İsmayıllı ilə “Hizmət” Hərəkatının tərəfdarlarına qarşı iş arasında hansı əlaqənin olduğunu açıqlamayıb”, - vəkil bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG