Accessibility links

D18 Hərəkatının fəalı həbsdə saxlanılıb


Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Fərmayıl Zeynallı D18 Hərəkatın fəalı Qadir Ağakişiyevin vəkili Fariz Namazlinın apellyasiya şikayətini təmin etməyib. Bu barədə D18 Hərəkatının sədr müavini Samirə Ağayeva Facebook səhifəsində yazıb.

Apellyasiya Məhkəməsi Sumqayıt şəhər Məhkəməsinin 20 fevral qərarını qüvvəsində saxlayıb.

Vəkil Fariz Namazlı fəala 30 sutka inzibati həbs verilməsinin əsaslarının olmamasını, sırf sosial şəbəkələrdə tənqidi yazılarına görə həbs olunduğunu məhkəmənin diqqətinə çatdırıb.

Fevralın 20-də D18 Hərəkatının üzvü Qadir Ağakişiyev Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O, polisin qanuni tələbinə tabe olmamada günahlandırılır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG