Accessibility links

Məhkəmə Müsavat Partiyasının fəalını həbsdə saxlayıb


Musavat Partiyasi

Müsavat Partiyasının Şəki şəhər təşkilatının fəalı, həbsdə olan fəalı Yusif Qarayev azadlığa buraxılmayıb. Qərarı Şəki Apellyasiya Məhkəməsi martın 2-də çıxarıb. Bu haqda fəalın vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində Y.Qarayevin əsassız, sırf siyasi fəaliyyətinə görə həbs edildiyi bildirilir, rayon məhkəməsinin qərarının ləğv edilməsi istənilirdi.

Ancaq məhkəmə müdafiə tərəfinin arqumentlərini qəbul etməyib. Şəki Rayon Məhkəməsinin müsavatçını inzibati həbs etməsi barədə qərarı qüvvədə saxlanılıb.

Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev fevralın 24-də saxlanılıb.

Şəki məhkəməsi polisə tabe olmamaqda günahlandırılan müsavatçını inzibati qaydada 25 sutka müddətinə həbs edib.

Müsavat Partiyasının həbs olayı ilə bağlı açıqlamasında deyilirdi ki, Y.Qarayevi polis əməkdaşları evindən aparıblar. Onun həbsinin əsl səbəbi fevralın 19-da mənzilində Müsavatın zona müşavirəsinin keçirilməsinə şərait yaratmasıdır.

XS
SM
MD
LG