Accessibility links

Martın 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 5,5 il müddətinə azadlıqdan məhrum edilmiş NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanın işi üzrə hazırlıq iclası başlayıb.

İclasda vəkil Fariz Namazlı birinci instansiya məhkəməsinin protokollarında bir sıra şahid ifadələrinin, xüsusən Ekspertiza Mərkəzinin əməkdaşı Gülşən Hümbətovanın cavablarının olmadığı barədə iradlar təqdim edib.

Müdafiə tərəfi sözügedən iradlarla əlaqədar cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını xahiş edib. Dövlət ittihamçısı Rəsul Abbasov etiraz etməyib.

Bakı Apellyasiya Məhkəməsi cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması və şikayətə baxılmasının birinci instansiya məhkəməsi iradlara münasibət bildirənə qədər təxirə salınması barədə qərar qəbul edib.

Qəhrəman 2016-cı il avqustun 12-də həbs olunub. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

NİDA Vətəndaş Hərəkatı Qəhrəmanın həbsinin siyasi motivli olduğunu bəyan edib, həbsin əsl səbəbinin Facebook-da İlham Əliyevin oğlunu istehza ilə 16 əsrdə dövlət xadimi olmuş Şah İsmayıl Xətai ilə müqayisə etməsi olduğunu bildirib.

Qəhrəman yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG