Accessibility links

Mehman Hüseynovun işgəncə ilə bağlı şikayətinə baxılacaq


Mehman Hüseynov

Səbael Rayon Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru, bloger Mehman Hüseynovun saxlandığı zaman işgəncələrə məruz qalması ilə bağlı şikayətinə baxacaq, bu barədə vəkil Elçin Sadıqov bildirib.

Hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə prosesi martın 27-də başlayacaq.

Mehman Hüseynov
Mehman Hüseynov

Vəkil xatırladıb ki, bu il yanvarın 10-da bloger barəsində inzibati iş üzrə məhkəmə prosesindən sonra Nəsimi Rayon polis idarəsinin 22-ci polis bölməsində işgəncələrə məruz qaldığını bəyan edib. O, yanvarın 9-da axşam mülki geyimli şəxslər tərəfindən saxlanaraq polisə aparılıb.

Nəsimi Rayon Məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında işgəncə faktının araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət edib. Amma prokurorluq cinayət işi açmaqdan imtina edib.

İndi müdafiə tərəfi Prokurorluğun bu qərarından məhkəməyə şikayət verib.

Mehman Hüseynov
Mehman Hüseynov

Hüseynovun işgəncələrə məruz qalması haqqında bəyanatları ona qarşı xüsusi cinayət ittihamı qaydasında böhtan maddəsi icinayət işi qaldırlmasına əsas olub. İddiaçı Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevdir.

"Kobud prosessual pozuntular, o cümlədən vəkilə yekun çıxışa hazırlıq üçün vaxt verilməməsi ilə müşayiət olunan tələsik məhkəmə təhqiqatı zamanı Hüseynov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib", vəkil qeyd edib.

Bir çox beynəlxalq təşkilatlar Hüseynov barəsində hökmü pisləyib və onun blogerlik və hüquq müdafiə fəaliyyətinə görə cəzalandırıldığını hesab edib.

XS
SM
MD
LG