Accessibility links

Jam.az saytının baş redaktorunun məhkəməsi davam etdirilir


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Martın Martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayilovun sədrliyi ilə jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun məhkəməsi davam etdirilib.

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Fikrət Fərəməzoğlu 10 il öncə - “24 saat” qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər nazirinin iddiası üzrə də cinayət məsuliyyətinə cəlb edilib. O vaxt məhkəmə jurnalistə 1 il şərti həbs cəzası verib.

Vəkil Elchin Sadıqov məhkəmədə çoxsaylı vəsatətlərlə çıxış edib.

Sadıqov bir neçə şəxsin, o cümlədən sayt rəhbərlərinin əlavə şahid qismində məhkəmədə dindirilməsi, Fikrət Fəraməzoğluna məxsus mobil telefonun 01 yanvar - 01 iyul 2016-ci il tarixləri üzrə lokalizasiyasının Azercell telekom MMC-dən alınaraq məhkəmiyə təqdim edilməsi, Fərəməzoğlunun imza nümunələrini alaraq ekspertə təqdim edilməsi, cinayət işinin 1-ci cildinin ekspertizasının keçirilməsi barədə vəsatələr qaldırıb.

Məhkəmə martın 29-da davam etdirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG