Accessibility links

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun cinayət işinə aprelin 7-də Qaradağ Rayon Məhkəməsində baxılacaq. Bu barədə Amerikanın Səsinə vəkil Toğrul Babayev bildirib.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında Ə.İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında sabiq nazirin həbs edilməsi barədə qərar çıxarıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanıyıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG