Accessibility links

Mehman Hüseynov barədə qərar elan ediləcək


Mehman Hüseynov
Mehman Hüseynov

Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində böhtan ittihamı ilə 2 il azadlıqdan məhrum edilmiş bloger Mehman Hüseynovun şikayətinə baxılması davam edib.

Vəkillər Fuad Ağayev, Elçin Sadıqov və Şəhla Hümbətova məhkəməni ittiham əsassız olduğu üçün M.Hüseynova bəraət verməyə çağırıb.

M.Hüseynov ittihamı rədd edib.

Qərarın elan olunması 12 aprel saat 10:00-a təyin edilib.

M.Hüseynov Nəsimi rayon polisinin rəisi Musa Musayevin iddiası ilə mühakimə edilib. İddiaçı polis idarəsində M.Hüseynova işgəncələrin verilməsi barədə blogerin bəyanatlarının böhtan olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG