Accessibility links

3 hakimin səlahiyyətinə xitam verilib


3 hakimin səlahiyyətinə xitam verilib
3 hakimin səlahiyyətinə xitam verilib

Məhkəmə-Hüquq Şurası həbs qətimkan tədbiri seçilməsində kobud pozuntulara görə 15 hakimin ciddi intizam məsuliyyətinə cəlb edilməsi, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının (MHŞ) bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə aprelin 13-də keçirilən geniş iclasında qərar qəbul edilib.

İclasda hakimilərə Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə həssaslıqla yanaşılması məhkəmələrə tövsiyə edilib.

Məhkəmə-Hüquq Şurası barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan, habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayının xeyli artdığı bildirlib.

Bununla əlaqədar həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təcrübədə nöqsanların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanıldığı bildirilib.

Prezident İlham Əliyev bu il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.

Sənəddə ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, lorrupsiya yaradan halların aradan qaldırlması tövsiyyə edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG