Accessibility links

Jurnalistin apellyasiya şikayətinə baxılır


Əfqan Sadıqov
Əfqan Sadıqov

Mayın 11-də Şirvan Apellyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə jurnalist Əfqan Sadıqovun işi üzrə məhkəmə baxışı davam etdirilib. Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində məlumat yayıb.

Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) fəaliyyət göstərən azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O Cəlilabad rayon icra hakiminin və yerli icra orqanlarının barəsində tənqidi yazılarından sonra Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma- ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş

Jurnalist ittihamı rədd edərək bildirib ki, yerli hakimiyyəti tənqid etdiyinə görə ona qarşı təxribat törədilib. Belə ki, o, rayon administrasiyasının binasında olarkən guya dava düşüb və jurnalisti hücumda ittiham ediblər.

Vəkil yazıb ki, ötən iclasda məhkəmə qərar verib ki, təcili tibbi yardım sənədləri məhkəməyə təqdim edilsin, lakin Cəlilabad rayon mərkəzi xəstəxanası həmin sənədləri indiyədək məhkəməyə təqdim etməyib.

“Bundan əlavə zərərçəkən kimi tanınmış Rzayeva Aliyə əvvəlki ifadələrində rentgen müayinəsi olunduğunu deməyib və bu barədə işdə heç bir sənəd yoxdur. A.Rzayeva ilk dəfə olaraq rentgen müayinəsindən keçdiyini deyib. Məhkəmə mənim rentgen şəkillərinin də Cəlilabad rayon mərkəzi xəstəxanasından tələb edilməsi barədə vəsatətimi təmin etdi”, o qeyd edib.

Məhkəmə iclası mayın 25-dək təxirə salınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG